12 Noyabr 2018 17:26
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan Qarabağdakı gərginliyi azaltmaq üçün əlavə tədbirlər görməlidirlər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Rusiyalı diplomatın sözlərinə görə, atəşkəs rejiminin qorunması ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının məhsuldarlığını göstərən əsas şərtlərindəndir və həll prosesinin əsas aspektləri üzrə kompromisə doğru irəliləməsi üçün vacib məsələdir.

Lukaşeviç qeyd edib ki, münaqişə tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həll prosesində həmsədrlərin səylərinə dəstək verməlidirlər.

O qeyd edib ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Ermənistan və Azərbaycan arasında təmaslar sıxlaşacaq.

Diplomat Düşənbədə Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilmiş görüşü münaqişənin dinc yolla həlli istiqamətində atılmış addım kimi qiymətləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər