Rusiya Prezidenti Vladimir Putin noyabrın 19-da Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Onun sözlərinə görə, Putin “Türk Axını” qaz kəmərinin dəniz hissəsinin çəkilişlərinin başa çatması mərasimində iştirak etmək üçün Türkiyəyə gedəcək.
Uşakov ayın 19-da İstanbulda keçiriləcək mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağını da bildirib.