“Biz başqa ölkələrin müdafiə xərclərinin böyük hissəsini üzərimizə götürmüşük. Əvəzində onlarla ticarət dövrüyyəsində yüz milyardlarla zərər görürük. Bu, belə davam edə bilməz. Onlar zəngin ölkələrdir. Ya hərbi müdafiələri üçün bizə pul ödəməli, ya da öz müdafiələri ilə özləri məşğul olmalıdırlar”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Twitter"də yazıb.
Tramp qeyd olunan iradları Fransanın Paris şəhərində I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş Sülh Forumunda dünya liderləri və hökumət başçıları ilə görüşlər zamanı səsləndirdiyini bildirib.