13 Noyabr 2018 08:45
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Respublikaçı Partiyası dekabrın 9-da keçiriləcək parlament seçkilərində iştirak barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, partiya seçkilərə Ermənistanın sabiq müdafiə naziri Vigen Sərkisyanın namizədliyi ilə gedəcək.

O, Respublikaçı Partiyasının sədrinin birinci müavini seçilib.

Vigen Sərkisyanın sözlərinə görə, tam siyahı 14 noyabrda dərc olunacaq, ancaq artıq məlumdur ki, siyahıda keçmiş prezident və partiyanın hazırkı sədri Serj Sərkisyan, keçmiş baş nazir Karen Karapetyanın adları olmayacaq.

Qeyd edək ki, bura qədər namizədliyi təsdiq edilmiş yeganə şəxs baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər