13 Noyabr 2018 08:30
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 nəfərin özbaşına Camal Qaşıqçını qətlə yetirdiyinə heç kəs bizi inandıra bilməz. Konsulluğa daxil olan və çıxan şəxslərin pasportları yoxlanılır. Bu şəxslərə yüksək vəzifə verilmədən içəri girə bilməz. Şahzadəyə aid özəl təyyarəyə minib, özbaşına Türkiyədə cinayət işləyəcəklər, gedib yanlışlıq oldu deyəcəklər.

Teleqraf.com “Haber7”ə istinadla xəbər verir ki, bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Yasin Aktay deyib.

Onun fikrincə, bu, müxalif ərəb jurnalisti öldürən komandanın ilk işi deyil: “Güman edirəm ki, onlar indiyə qədər tutulmayıblar. 18 nəfərin həbsdə olmadığı barədə ciddi məlumatlar var.
Hətta həbsdə olsalar belə fərqli şərtlər daxilində saxlanılırlar. Bu vaxtadək itkin düşən bir çox səudiyyəli müxalif var. Onların aqibəti barədə heç kəsin məlumatı yoxdur”.

Yasin Aktay qeyd edib ki, cinayət üçün mükəmməl plan hazırlanıb: “Kameraların qarşısında bu hadisəni törədiblər, onlara axmaq deyirik, amma axmaq deyillər. Konsulluğun toxunulmazlıq hüququ var deyə bu imkandan istifadə ediblər. Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz onun konsulluqdan çıxmadığını xəbər verdiyinə görə dəlillər itmədi. Cəsəd tapıla biləcək vəziyyətdə olsaydı, çoxdan tapılardı. Böyük vəhşət törədilib, utancverici bir situasiyadır. Camal Qaşıqçının ölümündən 40 gün keçib. Onun üçün cənazə namazı qılmaq borcumuzdur. Cümə günü cənazə namazı qılınacaq”, -deyə AKP sözçüsü vurğulayıb.


Müəllif: Nərgiz