13 Noyabr 2018 09:27
1 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet İttifaqının dağılma səbəbi Qarabağdan başlanmadı. SSRİ-nin dağılması tamamilə başqa səbəbdən oldu.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Rossiya 24”ə müsahibəsində deyib.

Eks-prezident qeyd edib ki, Sovet İttifaqının dağılma səbəbi gərginliyin güclü olduğu bəzi nöqtələrdə başlayıb. O vurğulayıb ki, milli mövzular və sərhədlər bölünməyə başlayandan SSRİ-nin dağılmasına start verilib.

Onun sözlərinə görə, millətlərarası problemlər üzə çıxanda Sovet İttifaqı ideologiyası çat verməyə və mərkəz zəifləməyə başlayıb.


Müəllif: Nərgiz