13 Noyabr 2018 11:49
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində baş verən proseslərlə bağlı Ermənistan və Azərbaycan arasında rabitə əlaqəsi qurulub.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib.

O, cəbhə xəttində baş verənlərlə bağlı hər iki tərəfin informasiyalarla təmin edilməsi üçün məsul şəxslər təyin olunduğunu, rabitə əlaqəsinin kommunikasiya vasitəsilə həyata keçirildiyini qeyd edib: “Bu ünsiyyət səmərəli şəkildə işləyir”.

Tonoyan bildirib ki, bu, hadisələrin riskini azaltmaq vasitəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu