13 Noyabr 2018 12:29
2 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələri və sərhədçiləri Ermənistanın təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayırlar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan deyib.

Onun sözlərinə görə, Ermənistan-Rusiya yaxınlaşması Cənubi Qafqazda formalaşmış status-kvo məntiqindən irəli gəlir:

“Ermənistan Cənubi Qafqazda Rusiyanın əsas strateji tərəfdaşıdır. Rusiya Ermənistana Azərbaycanla hərbi balansın qorunmasında kömək edir”.

Tonoyanın fikirlərini şərh edən erməni politoloq Aşot Sərkisyan isə hesab edir ki, Rusiyadan İrəvana verilən bu hərbi dəstək həm də Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərinin qorunması ilə bağlıdır:

“Ermənistan bölgədə təcrid edilmiş vəziyyətdədir. Türkiyə-Azərbaycan tandeminə qarşı Ermənistan-Rusiya yaxınlaşması ən yaxşı seçimdir. Çünki Suriya, İraq və Kiprdə hərbi cəhətdən möhkəmlənən Türkiyə Ermənistana da hərbi müdaxilə edə bilər.

Buna görə də, real vəziyyətə baxsaq, Ermənistanın Rusiya ilə strateji və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdən başqa alternativi yoxdur. Rusiya Ermənistanın təhlükəsizliyini və xalqının fiziki varlığını təmin edən bir ölkədir”.

Aşot Sərkisyan qeyd edir ki, İran sərhədləri də Ermənistana təhlükə yaradır:

“İranın dağılması vəziyyətində Güney Azərbaycan Azərbaycan Respublikasına birləşə bilər. Nəticədə Böyük Azərbaycan yaranacaq ki, bu vəziyyətdə Azərbaycanın qarşısını almaq mümkün olmayacaq. Hesab etmək olar ki, Rusiyanın Ermənistana önəm verməsi, bunun qarşısının alınmasına yönəlib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər