Güney Azərbaycan futboluna ağır itki üz verib.
Teleqraf.com xəbər verir ki, “Traktor” futbol klubunun keçmiş oyunçusu Hüseyn Həsən Doxt 51 yaşında vəfat edib.
“Traktor”un heyətində vurduğu qeyri-adi qolla məşhurlaşan azərbaycanlı futbolçu uzun illər müxtəlif komandalarda baş məşqçi kimi də fəaliyyət göstərib.
Kapitan Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Hüseyn Həsən Doxt noyabrın 10-da Təbrizdə naməlum səbəbdən iki gənclə mübahisə edib. Gənclərin biri tərəfindən itələnən oyunçunun başı daşa dəyib və hadisə yerində keçinib.