İŞİD İraqın Kərkük şəhərində girov götürdüyü üç nəfəri edam edib.
Teleqraf.com xəbər verir ki, girov götürülən şəxslərdən biri İraq Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı, digərləri isə mülki şəxslərdir.
Edam edilən şəxslərin ikisi bir neçə gün əvvəl Kərkükün Salmani kəndində ələ keçirilib.
Digər yandan, Kərkükün Riyad qəsəbəsinə basqın edən İŞİD-ə bağlı qruplaşma Həşdi Əşairi qüvvələrinin bir hərbçisini də öldürüb. Qəsəbəyə polis formaları ilə girən militanlar girov götürdükləri şəxsləri Həmrində güllələyərək qətlə yetiriblər.