Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı ABŞ, Fransa, Kanada, Səudiyyə Ərəbistanı, Almaniya və Böyük Britaniyaya audio yazı göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Jurnalistlərə açıqlamasında Ərdoğan deyib:
“Hətta bir Səudiyyə kəşfiyyatının əməkdaşı da, səsyazısını dinləyəndə şok oldu. Bu cinayəti ancaq heroin qəbul edən adam törədə bilər, ancaq narkotik qəbul edib özünü itirə bilən adam bunu edər”.
Onun sözlərinə görə, Türkiyə Səudiyyə tərəfinin baş verənlərə aydınlıq gətirəcəyinə ümid edir.