13 Noyabr 2018 17:07
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ticarət nazirinin müavini Fatih Mətin gələn il Rusiya və Türkiyə arasında viza rejiminin ləğv edilə biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, 2018-ci ildə 6 milyon rus turistin Türkiyəni ziyarət etdiyini və bu rəqəmin yaxın gələcəkdə artacağını düşündüyünü qeyd edib:

“2019-cu ildə Rusiyada və Türkiyədə mədəniyyət və turizm ili elan ediləcək, ümid edirəm ki, bu il viza rejimi də ləğv olunacaq və türk turistlər Rusiyaya rahat gedə biləcəklər”.

Avqust ayında Rusiya Xarici işlər naziri Sergey Lavrov viza rejiminin qarşılıqlı sadələşdirilməsinə dair danışıqlar aparmağa hazır olduqlarını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu