ABŞ Gürcüstandakı Vaziani hərbi bazasının ərazisində hərbi aerodrom tikəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanda fəaliyyət göstərən Apsny agentliyi məlumat yayıb.
Məlumata görə, bu barədə Tiflisdə ABŞ Nəqliyyat Komandanlığının başçısı, general Stiven Layons, Gürcüstan Baş naziri Mamuka Bəxtadze və Müdafiə naziri Levan İzoriya arasında anlaşma əldə edilib.
Görüşdə qeyd edilib ki, hərbi aerodromun tikintisi Gürcüstana NATO dəstəyinin artmasına imkan verəcək.