14 Noyabr 2018 14:15
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Ankara 83 ölkədən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olan 452 nəfərin Türkiyəyə ekstradisiyasını tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Nazirin sözlərinə görə, 83 ölkəyə həmin şəxslərin FETÖ ilə işbirliyində olduğunu təsdiq edən müvafiq sənədlər göndərilib: “Biz həmin şəxslərin Ankaraya təhvil verilməsini tələb edirik”.

Türkiyə hakimiyyət orqanları FETÖ-nü 2016-cı ildə dövlət çevrilişinə cəhd etməkdə ittiham edir. Təşkilat lideri Fətullah Gülən ittihamları rədd edir.

Çevrilişə cəhddən sonra 50 min nəfər həbs olunub, 160 dövlət adamı isə vəzifəsindən uzaqlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu