15 Noyabr 2018 07:56
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurda keçirilən 33-cü Cənubi-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) Zirvə toplantısında çıxış edən Filippin prezidenti Rodriqo Duterte Çini işğalçı adlandırıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Çin Dənizinin statusunun tez bir zamanda müəyyən edilməsini vacib sayan Rodriqo Duterte Çinə səslənərək maraqlarını açıq şəkildə bildirməsini vacib saydı: "Pekin Cənubi Çin Dənizindədir. Oranı işğal edib. Ora sahiblənib. O zaman bizə nəyi necə edəcəyimizi deyin".

İndoneziya xarici işlər naziri Retno Marsudi isə çıxışında bildirib ki, Cənubi Çin Dənizində davranış qaydaları ilə bütün aidiyyəti dövlətlər razıdır. Müzakirələrin 2019-cu ildə yekunlaşacağını gözləyirəm".

Çinin baş naziri Li Kıçiang davranış qaydalarının 3 il ərzində hazırlanıb tamamlanacağına ümidini ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər