15 Noyabr 2018 01:35
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı mərhələdə Camal Qaşıqçının cinayəti üzrə beynəlxalq istintaqın aparılması vacibdir.

Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə müxalif ərəb jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar istintaq prosesini şəffaf həyata keçirir və bütün dünya tərəfindən qəbul olunur.

“Lap əvvəl Səudiyyə Ərəbistanı ilə birgə istintaq qrupu yaratdıq və həmin an üçün beynəlxalq məhkəməyə müraciəti düşünmədiyimizi açıqlamışdıq. Lakin hesab edirik ki, indiki mərhələdə artıq beynəlxalq səviyyədə istintaq vacibdir. Nə olur-olsun bu cinayətin aydınlaşması üçün nə lazımdırsa, edəcəyik. Bunu gizlətməyə çalışmaq, hansısa razılaşma əldə etmək mümkün deyil”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.

O , Camal Qaşıqçının vəhşi cinayətə qurban getdiyini söyləyib: “Türkiyə əlində olanları beynəlxalq ictimaiyyətlə paylaşmalıdır. Kəşfiyyat və təhlükəsizlik qüvvələrinin topladığı dəlilləri görmək istəyənlərə göstərmişik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər