15 Noyabr 2018 12:45
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızın alt paltarının məhkəmədə ona qarşı sübut kimi istifadə edilməsi sosial etirazlara səbəb olub.

Məlumata görə, İrlandiyada, Kork əyalətində (Dublindən 250 kilometr uzaqlıqda) 27 yaşlı kişi 17 yaşlı qızı zorlamaqda ittiham olunaraq noyabrın 6-da məhkəməyə çıxarılıb.

Məhkəmədə müttəhimin vəkili Elizabeth O'Connell ifadəsində 27 yaşlı kişini müdafiə edərək bildirib ki, günah qızda olub. Belə ki, qız çox ehtiraslı alt paltarı geyinib və qızın krujevalı alt paltarı sübut kimi göstərilib.

"Qız krujevalı alt paltarı geyinərək onu ehtiraslandırıb", - deyə O'Connell söyləyib.

Alt paltarının sübut kimi istifadə edilməsi və 27 yaşlı kişiyə bəraət verilməsi ölkədə qalmaqal yaradıb.

Onlarla qadın küçələrə çıxaraq buna etiraz ediblər. Sosial şəbəkələrdə #ThisIsNotConsent həştəqi yaradılıb və bununla bağlı xeyli paylaşım edilib./Milli.Az /


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər