15 Noyabr 2018 16:17
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salman tərəfindən müşaviri Səud əl-Kahtaniyə jurnalist Camal Qaşıqçının ölkəyə qaytarılması üçün əmr vermişdi. Jurnalistin ölkəyə qaytarılması mümkün olmadığı üçün öldürülüb. Ölüm əmrini isə İstanbulda keçmiş Kəşfiyyat Xidməti rəhbərinin müavini verib.

Teleqraf.com “Haber7”ə istinadla xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının baş prokuroru Şeyx Səud əl-Muacib deyib.

Baş prokuror qeyd edib ki, Səud əl-Kahtaninin ölkədən çıxışına qadağa qoyulub.

Onun sözlərinə görə, Camal Qaşıqçının cəsədi konsulluqdan kənarda basdırılıb: “Qaşıqçının cəsədini təhvil alan işbirliyində olan yerli şəxsin görüntüsünü əldə etmişik. Camal Qaşıqçının qətlə yetirilməsində təqsirli bilinən şəxslərdən biri İstanbuldakı konsulluqda kameraları xarab edib”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər