15 Noyabr 2018 18:04
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müxalifət “Birliyin gücü” koalisiyası prezidentliyə namizəd Salome Zurabişvili tərəfindən irəli sürülən ittihamları inkar edib.

Teleqraf.com xəbər verir ki, koalisiya yaydığı bəyanatda Zurabişvili və ailəsinə qarşı edilən təhdidlərlə heç bir əlaqəsinin olmadığını bildirib.

Bəyanatda deyilir: “Koalisiya və bu birliyin namizədi Qriqol Vaşadze bütün şiddət təhdidlərini qətiliklə pisləyir”.

“Birliyin gücü” Gürcüstan Daxili İşlər Nazirliyini vaxtında araşdırma aparmağa və Salome Zurabişvili tərəfindən edilən ittihamlar əsasında bu işdə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb.

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından prezidentliyə namizəd Salome Zurabişvili özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini iddia edib.

O, daha sonra təhdid mətnlərinin müəlliflərinin keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu Milli Hərəkat Partiyası və onun rəhbərləri olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər