16 Noyabr 2018 00:45
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın “Breksit” naziri Dominik Rab istefa verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Dominik Rab Avropa Birliyi ilə əldə olunan razılaşmanı əsas gətirərək istefa verdiyini açıqlayıb.

Onun sözlərinə görə, Böyük Britaniya hökumətinin “Breksit” üzrə müqavilənin razılaşdırılması ölkəsinə ziyan verəcək.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın Baş naziri Tereza Mey Britaniya hökumətinin Avropa İttifaqı ilə Breksitin şərtləri barədə saziş layihəsini təsdiq etdiyini açıqlayıb.

Dominik Rabdan öncə Böyük Britaniyanın nəqliyyat naziri Co Conson da “Breksit”ə görə istefa vermişdi.


Müəllif: Nərgiz