15 Noyabr 2018 22:58
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və Fransa deputatları birgə parlament məclisi yaradırlar.

Teleqraf.com xəbər məclis gələn ildən fəaliyyətə başlayacaq.

Bu barədə Almaniya Bundestaqının sədri Volfqanq Şoyble Fransa Milli Məclisinin başçısı Rişar Ferranla Parisdə keçirilən görüşdən sonra açıqlama verib.

Hər iki ölkədən 50 deputat ildə iki dəfə birgə iclaslar keçirəcəklər. Şoyblen bildirib ki, alman və fransız parlamentarilər ilk olaraq Fransa Prezidenti Emmanuel Makron və AFR kansleri Angela Merkelin müdafiə etdikləri ümumavropa ordusunun yaranması kimi problemlərin həllində təmas nöqtəsi tapmağa imkan yaradacaq.

Yeni qurumda müzakirə ediləcək məsələlərdən biri də Fessenxaym Atom Elektrik Stansiyasının gələcəyi olacaq. AFR hakimiyyət orqanları iki ölkənin sərhədində yerləşən köhnə fransız AES-in bağlanmasını çoxdan təkid edirlər. Fransa tərəfi isə iş yerlərinin itirilməsindən ehtiyat edərək, məsələni uzadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər