ABŞ prezidenti Donald Tramp FETÖ rəhbəri Fətullah Gülənlə bağlı ekstradisiya imkanlarının öyrənilməsinə dair qərar verib.
Teleqraf.com xəbər verir ki, Tramp bununla bağlı aidiyyəti qurumlara müvafiq göstəriş verib.
Tramp administrasiyası ümid edir ki, F.Gülənin ekstradisiyası Türkiyə ilə ABŞ-ın münasibətlərini yaxşılaşdırmağa kömək edəcək. Həmçinin Vaşinqton İstanbulda səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə diplomatik qarşıdurmada Türkiyə rəhbərliyinin daha mülayim mövqe tutacağına inanır.
Bildirilir ki, Gülən üçüncü ölkəyə - Cənubi Afrikaya da göndərilə bilər. Son günlər Türkiyə-ABŞ münasibətlərindəki gərginliyin səngiməsi fonunda Trampın Gülənlə bağlı təlimat verəcəyi gözlənilən idi.