Rusiyalı bloqqerlər Natalya Antoxina və Antona Frolova Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər.
Teleqraf.com erməni KİV-ə istinadla xəbər verir ki, bloqqerlər Qarabağ təəssüratları barədə qeydlərini öz bloq hesablarında paylaşıblar.
Xankəndi və Qarabağın digər şəhərlərində çəkilişlər aparan Antoxina və Frolova “qonaqpərvərliyə görə ermənilərə təşəkkür ediblər”.
Bloqqerlər işğal ərazilərinə sonuncu səfərlə bağlı qeydlərində “Qarabağ mətbəxi”, ucuz restoranlar və erməni şərabından razı qaldıqlarını yazırlar:
“Getməmişdən əvvəl Xankəndi bazarına baxdıq. Xankəndi bazarı dadlı və ucuz yeməklərlə doludur. Dağlıq Qarabağda olan hər şeyi tapa bilərsiniz. Erməni şərabının dadına baxmaq da lazımdır. Çox ləzzətlidir”.