16 Noyabr 2018 16:30
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri Aviqdor Libermanın istefasının Azərbaycan və İsrail arasındakı hərbi-texniki əməkdaşlığa heç bir təsiri olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik nazirinin keçmiş müavini, hərbi ekspert Aleks Veksler deyib.

Vekslerə görə, İsrail və Azərbaycan bir-biri ilə daha sıx əməkdaşlıqda maraqlıdır:

“Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq Liebermansız da yüksək səviyyədə davam edəcək. Netenyahunun Azərbaycanda nüfuzu yüksəkdir, sevilən liderdir. Bir çox insan kimi o da Azərbaycanı ən yaxşı şəkildə dəstəkləyən insanlardan biridir və bunun üçün əlindən gələni edir.

Buna görə də bu istefadan iki ölkə arasındakı əlaqənin zədələnəcəyini düşünmürəm”.

Qeyd edək ki, Azərbaycana yaxınlığı ilə tanına Aviqdor Liberman bir neçə gün əvvəl İsrail müdafiə naziri postundan istefa verib. Buna səbəb hökumətlə aradakı anlaşılmazlıq olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər