Özbəkistanın Səmərqənd şəhərində türkdilli dövlətlərdən olan gənc şairlərin iştirakı ilə “Səmərqənd şeir axşamları” adlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan ədəbiyyat adamları qatılıb.
Silsilə formada keçirilməsi planlaşdırılan tədbir türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirməyi nəzərdə tutur.
Üç günlük proqrama şeir qiraəti, dəyirmi masa toplantısı və məşhur şairlərlə görüş daxil edilib.
Tədbir Özbəkistan Gənclər və Yazıçılar Birliklərinin dəstəyi ilə təşkil edilib.