Avropa Komissiyasının sədri Jan-Klod Yunker Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafos və Avropa Şurasının sədri Donald Tuskla görüşünün yekunlarına dair keçirilən brifinqə taydəyişik ayaqqabıda gəlib.
Teleqraf.com xəbər verir ki, tədbirdə iştirak edən qadın yaranmış gülməli vəziyyətlə bağlı Yunkeri məlumatlandırıb.
Yunker tədbiri tərk edib və ayaqqabısını dəyişəndən sonra geri dönüb.