25 Avqust 2014 12:35
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nın Kaliforniya yarımadasında, son 25 ilin ən güclü zəlzələsi olub.

ABŞ-nın Geoloji Tədqiqat Xidmətindən bildirilib ki, Rixter cədvəli ilə 6 bal gücündə zəlzələnin episentri Kaliforniya bölgəsinin şərabçılıqla məşhur olan Napa şəhərinin cənub-qərbi olub. Zəlzələ nəticəsində azı 120 nəfərin xəsarət alıb.

Zəlzələ əhali arasında kütləvi təşvişə səbəb olub. Bəzi binalara ziyan dəyib. Bir çox yerlərdə kiçik miqyaslı yanğınlar ortaya çıxıb, on minlərlə sakin işıqsız qalaraq, qorxu-həyəcan içində küçələrə axışmalı olub. Zəlzələ su təchizatında da problemlər ortaya çıxardığından, yanğınsöndürənlər alovla mübarizədə əziyyət çəkib. Napa vadisində yaşayan sakinlər səhəri oyanaraq, minlərlə bahalı şərab şüşəsinin sındığını olduğunu görüb. Hazırda sakinlər zəlzələnin vurduğu maddi ziyanı araşdırır.

Kaliforniyanın şimalında zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan olunub. Körfəz ərazisində belə güclü yeraltı təkan sonuncu dəfə 1989-cu ildə Loma Prieta adlı əyalətdə müşahidə olunub, Həmin vaxt zəlzələnin gücü 6.9 bal olub.

/anspress/


Müəllif:

Oxşar xəbərlər