Pakistan əsilli məşhur müğənni Zayn Malik özünü müsəlman saymadığını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “One Direction” musiqi qrupu ilə yollarını ayırandan sonra solo karyerasına başlayan sənətçi heç bir dinə inanmadığını söyləyib:
“Gündə beş dəfə eyni dildə dua etməyin vacibliyinə inanmıram. Yaxşı insansınızsa, hər şeyin sizin üçün yaxşı olacağına əminəm. Bu, inandığımla mənim aramdadır və məni zirvələrə aparır”.