17 Noyabr 2018 12:32
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı illərin ən böyük qalmaqallı hadisəsi ABŞ Prezidenti Bill Klintonun Ağ Evdə Monika Levinski ilə intim münasibətləri ortaya çıxanda yaşanıb.

Teleqraf.com xəbər verir ki, Levinski uzun illərdən sonra ilk dəfə sükutu pozaraq sabiq prezidentlə əlaqələrindən danışıb.

O, iki il sürən sevgi münasibətləri barədə bildirib ki, hər şey 1995-ci ildə başlayıb:

“1995-ci ildə Ağ Evin əməkdaşları üçün keçirilən partidə əynimdəki paltarım sürüşdü, alt paltarım göründü. Normalda paltarımı yuxarı çəkərdim, amma bu dəfə çəkmədim. Bunu oradakılardan təkcə Bill gördü.

Gülümsədi və məni içəri dəvət etdi. İki illik münasibətlərdə ehtiyatlı olsaq da, yetərincə diqqətli deyildik”.

Monika Levinski bu fikirləri deyərkən sabiq prezidentin xanımı Hillari Klintondan növbəti dəfə üzr istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər