“Barselona"nın ulduzu Lionel Messi və “Mançester Yunayted”in futbolçusu Paul Poqba Türkiyənin məşhur qəssabı Nüsrətin qonağı olub.
Teleqraf.com xəbər verir ki, Nüsrət nüfuzlu futbolçuları öz əlləri ilə yedirdib və məşhur “Saltbae” performansını öyrədib.
Futbolçuların əti Nüsrət kimi duzlaması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Həyat yoldaşı və rəfiqələri ilə birgə restorana gələn Messinin performası Poqba qədər uğurlu olmayıb.