Azad Suriya Ordusunun (ÖSO) Həmzə alayı Türkiyənin Fərat çayının qərbinə ola biləcək hərbi əməliyyatına hazırlıq aparır.
Teleqraf.com-un məlumatına görə, türkmənlərdən formalaşan Həmzə alayı Fərat Qalxanı və Zeytun Budağı əməliyyatlarında türk ordusuna ciddi dəstək verib.
6500 döyüşçüdən ibarət olan qrup hazırda Türkiyənin Fərat çayının qərbinə həyata keçirə biləcəyi əməliyyatına hazırlaşır.
Alayın komandiri Seyf Əbubəkr bildirib ki, çayın qərb hissəsində PKK və PYD ünsürlərinə qarşı əməliyyata hərbi baxımdan hazırlıq görülür: “Əsgərlərimizə təlim keçirik. Bizim orada yaşayan kürd qardaşlarımızla problemimiz yoxdur. Əksinə, onları terrorun zülmündən xilas edəcəyik. Hədəfimiz Fəratın qərb sahillərindəki vətəndaşlarımızı terror zülmündən qurtarmaqdır”.
Komandir əlavə edib ki, PKK və PYD-nin zülmündən qaçan kürdlərdən ibarət 200 nəfərlik "Kürd şahinləri" dəstəsi qurulub.