17 Noyabr 2018 16:16
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoxsulluq, işsizlik və cinayətlərin çoxluğu səbəbindən sentyabr ayında yola çıxan Latın Amerikası qaçqınlarının ilk dəstələri artıq ABŞ sərhədlərinə çatıb.

Teleqraf.com xəbər verir ki, ilk köçkünlər Meksika-Amerika sərhədi arasındakı Tijuana şəhərinə yetişiblər.

Rəsmilərin sözlərinə görə, 7 min nəfərlik qaçqının 2 mini şəhərə daxil olub. Şəhər ən yaxşı halda 700 qaçqını qarşılaya bilər.

ABŞ gömrük əməkdaşları gündə 100 qaçqının müraciətinə baxdıqları üçün köçkünlər hələlik Tijuanada qalmağa üstünlük verirlər.

Xatırladaq ki, BMT Latın Amerikası ölkələrindən ABŞ-a doğru yola çıxan qaçqınların sayının bir neçə min olduğunu qeyd edib.

ABŞ rəsmiləri isə qaçqınları ölkəyə buraxmamaq məqsədilə sərhədə ordu göndərib. Prezident Tramp heç bir halda köçkünlərin ABŞ-a buraxılmayacağını bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər