17 Noyabr 2018 18:56
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp “Rusiya izini” araşdıran xüsusi prokuror Müllerin sorğularına yazılı cavablarını hələlik ona təqdim edilməyib.

Teleqraf.com-un məlumatına görə, Ağ Evdə jurnalistlərin sualları ilə qarşılaşan prezident deyib ki, xüsusi prokurorun sorğularına çox asanlıqla cavab verib.

Tramp əlavə edib ki, prokurorun suallarını vəkilləri yox, şəxsən özü cavablandırıb.

Xatırladaq ki, buna qədər Tramp ölkənin ədliyyə nazirini işdən çıxarıb. Prezident hesab edib ki, nazir xüsusi prokuror Robert Müllerin araşdırması məsələsində ciddi addımlar atmayıb.


Müəllif: Cavad