18 Noyabr 2018 02:02
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çərşənbə günü yaşadığım çətinliklərin öhdəsindən gəlməyimə içdiyim viski kömək etdi.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu sözlər “Deyli Meyl” qəzetinə verdiyi açıqlamasında Böyük Britaniyanın Baş naziri Tereza Mey deyib.

O, Breksit anlaşması ilə bağlı qazandığı taktiki zəfərinin ardından nələr etdiyini danışıb:

"O gecə evdə gözləyən həyat yoldaşım Con əvvəlcədən hazırladığı bir qədəh viskiyə dəvət etdi. O gecə saat 11 civarında evə gələndə Conun etdiyi ilk şey mənə bir qədəh "Qaller" viskisi doldurub verməsi oldu. Ancaq daha sonra İsveç viskisi də içdim”.

Tereza Mey jurnalistin həmin gün nə qədər içki içməsi ilə bağlı sualını cavabsız qoyub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər