Camal Qaşıqçının qətli ilə bağlı hesabat yaxın iki gündə mənə təqdim ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Prezident bildirib ki, Camal Qaşıqçının ölüm əmrinin kim tərəfindən verilməsinə dair qiymətləndirmə aparılmayıb: “Qarşıdakı iki gündə bu barədə hesabat əldə edəcəyik. Bu, dolğun hesabat olacaq”.
Tramp əlavə edib ki, jurnalistin öldürülməsi qorxunc hadisədir.
ABŞ lideri bildirib ki, ona təqdim ediləcək hesabatda hadisənin bütün detalları, buna kimin əmr verdiyi və kimin icra etdiyi qeyd ediləcək. Bu ana qədər Məhəmməd bin Salmanın bu işdə bir rolunun olmadığını bizə deyilib”.