ABŞ-ın Milli Təhlükəsizlik Təşkilatında İran körfəzi regionu idarəsinin direktoru, Qaşıqçı cinayətindən sonra Səudiyyə Ərəbistanına sanksiyaların tətbiq edilməsində əhəmiyyətli rol oynayan Kristen Fontenrouz istefa verib.
Teleqraf.com bildirir ki, Ağ Evin Səudiyyə Ərəbistanı ilə əlaqələrini kurasiya edən Kristen Fontenrouzun istefası təəccüb doğurub.
İstefanın səbəbi bəlli olmasa da, iddia edilir ki, Kristen Fontenrouz Səudiyyə Ərəbistanına qarşı sərt siyasətin tətbiqini vacib hesab edib. Onun bu yanaşması Ağ Evdə mübahisəyə gətirib çıxarıb. Qeyd edilir ki, mübahisədən sonra Kristen Fontenrouz istefa verib.