18 Noyabr 2018 19:30
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın sabiq kansleri Gerhard Şröder ABŞ-ın ticarət siyasətini kəskin tənqid edib.

Teleqraf.com xəbər verir ki, sabiq kansler Berlini başqa müttəfiq axtarmağa çağırıb.

“N-TV” telekanalına danışan G.Şröder deyib:

“Biz bizimlə işğal edilmiş ölkə kimi rəftar edilməsinə dözə bilmərik. Nə vaxt Amerika səfirinin hərəkətlərini müşahidə edirəmsə, məndə belə təəssürat yaranır ki, o özünü daha çox işğalçı qoşunların zabiti kimi aparır, nəinki Amerika Birləşmiş Ştatlarının suveren dövlətdəki səfiri kimi”.

O əlavə edib ki, Almaniya ilə maraqları üst-üstə düşən yeni müttəfiqlər axtarmaq lazımdır. Sabiq kansler deyib ki, Çin bu rolda çıxış edə bilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər