Roma Papası Avropada yaşayan bütün katolikləri Donbas vilayətində zərər çəkmiş ukraynalılara kömək etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, xeyriyyə aksiyası “Papa Ukrayna üçün” devizi altında keçirilib.
Aksiya zamanı 11 milyon avro toplanması mümkün olub. Daha 5 milyonu isə pontifik özünün şəxsi fondundan ayırıb.
“Bu aksiya ukraynalıların özlərini yalqız və tərk edilmiş hiss etməmələri üçün keçirilib”, – deyə Vatikanın Ukraynadakı nümayəndəsi, arxiyepiskop Klaudio Qucerotti bildirib.
Aksiyanın təşkilatçıları bildiriblər ki, vəsaiti yalnız Donbasın Ukraynanın nəzarəti altında olan hissəsinin əhalisi alacaq.