Dünən gün ərzində 2034 ərazidə keçirilən aksiyada 287710 nəfər iştirak edib. Bu gün səhər saatlarında yüzlərlə ərazidə etirazlar davam edir.
Xatırladaq ki, sarı jiletlər geyinmiş nümayişçilər ölkədə qiymət artımına, xüsusilə yanacağın qiymətinin və yanacağa 2019-cu ildən etibarən tətbiq ediləcək verginin artırılmasına etiraz əlaməti olaraq avtomobillərin yollarını kəsərək onların hərəkətinə mane olmağa çalışırlar.(Report)