Suriya böhranının həlli ilə məşğul olan Rusiya, Türkiyə və İran arasında növbəti görüşün tarixi və məkanı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, tərəflər 28-29 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada bir araya gələcəklər.
Bu barədə açıqlama verən Qazaxıstan Xarici işlər naziri Kayrat Əbdrahmanov bu toplantıda ilk dəfə olaraq, Suriya hakimiyyəti ilə yanaşı, müxalifət nümayəndələrinin də iştirak edəcəyini bildirib.
Nazir bu barədə Suriya qüvvələri arasında anlaşmanın olduğunu bildirib.