19 Noyabr 2018 15:13
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı rəssam və dizayner Pablo Ferro vəfat edib.

Teleqraf.com xəbər verir ki, uzun müddətdir pnevmaniyadan əziyyət çəkən 83 yaşlı rəssam Sedona şəhərindəki mənzilində ölüb.

Ferro uzun illər məşhur yazıçı Stan Lii ilə birlikdə bir sıra elmi fantastika və yumor kitabları üzərində işləyib. O, ilk olaraq Stan Liinin filmləri ilə məşhurlaşmağa başlayıb və kino dünyasında özünə yer tapıb.

Bundan başqa rejissor Stenli Kubrikin filmləri üçün gördüyü işlərlə məşhurdur.

Eyni zamanda “Los Ancelesin sirləri”, “Qara kişilər” və “Filadelfiya" filmləri üzərində çalışıb. Ferronun texniki heyətində yer aldığı 12 film “Oskar” mükafatına layiq görülüb.

Qeyd edək ki, bir həftə əvvəl isə Pablo Ferronun uzun illər birgə çalışdığı, dostu, “Hörümçək adam”, “İron Man” və “Hulk” kimi filmlərin yazarı Sten Lii vəfat edib.


Müəllif: Mənsur Rəğbətoğlu