25 Avqust 2014 14:30
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyanın ən fağır prezidenti" kimi tanınan Uruqvayın dövlət başçısı Jose Mujika Nobel Sülh Mükafatının ləğvi təklifi ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, bu təklifi dünyada hərbi münaqişələrin yenidən alovlanması ilə bağlı irəli sürüb: "Dünyanın bir neçə yerində qan tökülməsi fonunda Nobel Sülh Mükafatının olması əhəmiyyətsizdir. Artıq bu mükafatın heç bir anlamı qalmayıb. ”Soyuq müharibə” dövrü üçün darıxmışam. O zaman çətinliklər olsa da, bu qədər qan tökülmürdü. ”Soyuq müharibə”də liderlər oyun qaydalarına riayət edirdilər, nizam-intizam vardı, telefon zəngi ilə müharibə dayandırılırdı. Kimsə mənə "soyuq müharibə"nin indiki durumdan pis olduğunu izah etməyə çalışmasın".

Jose Mujika İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib ki, adı Nobel Sülh Mükafatına namizədlər sırasında olsa da, layiq görüləcəyi təqdirdə mükafatdan imtina edəcək.

"Ukrayna, Liviya, Suriya, İraq və Fələstində baş verənləri danışmaq istəmirəm" deyən Mujika "Bütün bunlardan sonra kiməsə sülh mükafatı vermək mənasızdır. Həmin mükafatın ləğvi daha məntiqli olardı.

Jose Mujika bir müddət öncə işlətdiyi "İsrail Fələstin xalqına qarşı soyqırımı törədir" ifadəsinin üstündə durduğunu bir daha qeyd edib: "Qəzzada baş verənlərin məsuliyyəti ABŞ-ın üzərindədir. ABŞ istəsə bölgəyə bir az daha sarışın uşaqlar göndərməklə savaşı dayandıra bilər, amma istəmir. Hər yerə mavi gəmili sülh əsgəri göndərən ABŞ nədən bunu Qəzza üçün etmir? Çünkü yaranmış durum onların işinə yarayır. Qəzzada baş verənlər kin, nifrətdən başqa bir şey deyil".

Fidan


Müəllif:

Oxşar xəbərlər