20 Noyabr 2018 16:32
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan Ermənistan ordusunun qida rasionundan narazıdır.

Teleqraf.com xəbər verir ki, o, bu barədə paytaxt İrəvanda keçirdiyi mətbuat konfransında danışıb.

Paşinyan bir neçə dəfə əsgərlərlə görüşündə onlara verilən yeməklərin dadına baxdığını bildirib:

“Bir neçə dəfə cəbhə xəttinə gələrək, əsgər yeməklərinin dadına baxmışam, bu dəhşətli idi. Əsgərlərin qida rasionu, yeməklərin keyfiyyəti çox qorxuludur. Biz bu problemlə məşğul oluruq. Amma əsgərlərə verilən yeməyin həcmini də artırmaq lazımdır”.

Onun sözlərinə görə, hərbi xidmətə yeni başlamış əsgər valideynlərinə zəng edərək yemək istəyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu