20 Noyabr 2018 16:49
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhaninin Güney Azərbaycanın Xoy şəhərinə səfəri ərəfəsində Ərdəbil şəhərində divarlara milli şüarlar yazılıb.

Teleqraf.com xəbər verir ki, milli-mədəni fəallar bununla İran hakimiyyəti orqanları tərəfindən Güney Azərbaycan türklərinə qarşı edilən milli ayrı-seçkilik və irqçiliyə etirazlarını bildiriblər.

Ərdəbillə yanaşı, Urmiya şəhərində də buna oxşar aksiya təşkil edilib.

Şəhərin küçə divarlarında “Sən çağırsan gələrəm mən, Urmiya”, “Azərbaycan bir kəlam, Urmiyadır vəssalam”, “Azərbaycan oyaqdır, Urmiyaya dayaqdır” və s. kimi şüarlar əks olunub.

Güney Azərbaycana səfərini Xoy şəhərindən başlayan Ruhani noyabrın 19-da Çəmran stadionunda çıxış edib.

Prezidentin çıxışı zamanı ona etiraz olaraq müxtəlif şüarlar səsləndirilib. Stadiondakı bəzi soydaşlarımız isə Həsən Ruhaniyə “qırmızı kart” göstəriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər