21 Noyabr 2018 12:18
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyadan “S-400” raket sistemlərinin alınması ilə bağlı anlaşma yerinə yetirilir. Bunu ləğv edə bilmərik. Lakin daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var və bunları öz müttəfiqlərimizdən ala bilərik”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Xatırladaq ki, Çavuşoğlu bundan əvvəlki açıqlamasında da “S-400”-lərlə bağlı məsələnin müzakirə mövzusu olmadığını bildirmişdi:

“Biz “S-400”-ləri aldıq. Bundan sonra bu məsələni müzakirə etmək olmaz. Təcili ehtiyacımız var idi, biz də aldıq. Bu sistemləri alarkən, bunun NATO-dakı müttəfiqlərimiz üçün təhdid yaratmaması məsələsinə xüsusi həssaslıq göstərdik. Belə sistemləri müttəfiqlərimiz satsaydı, onlardan alardıq”.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya arasında “S-400” zenit-raket sistemlərinin alınması ilə bağlı müqavilə imzalanıb.

Türkiyənin bu qərarı ABŞ və Avropa İttifaqının narazılığına səbəb olub. Rəsmi Vaşinqton müqaviləni ləğv etmək üçün Türkiyə hökumətini sanksiyalarla hədələyir.


Müəllif: Mənsur Rəğbətoğlu