21 Noyabr 2018 12:50
1 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippinin Sultan Kudarat şəhərində kiçik fermada bir keçinin doğuşu bütün xalqı təşvişə salıb.

Teleqraf.com xəbər verir ki, keçi yarı insan, yarı donuz görüntülü bir canlı doğub.

40 yaşlı fermer JozefinaRepiquenin fermasında baş verənləri yerli sakinlər telefonla çəkiblər.

Filippin Zoologiya İnstitutunun elmlər doktoru Agapita Salces hadisə ilə bağlı açıqlamasında “Bu bir genetik mutasiyadır. Anası milçək vasitəsilə yoluxan xəstəliyə tutulduğu üçün keçinin inkişafında problemlərə səbəb ola bilər” deyib.

Qeyd edək ki, bu doğuş sosial mediada bir çox bənzətmə və mübahisəyə yol açıb.


Müəllif: Aytən