21 Noyabr 2018 16:44
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaşın azad edilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) çağırışına cavab verib.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı AİHM-i terrorizmi dəstəkləməkdə ittiham edib.

Məhkəmənin “Səlahəddin Dəmirtaşı sərbəst buraxın” qərarına sərt reaksiya verən Ərdoğan “Bu, tamamilə terroru sevməkdir”, deyib.

Qeyd edək ki, AİHM Türkiyə hökumətinə çağırış edərək, HDP-nin həbs edilmiş lideri Səlahəddin Dəmirtaşın azad edilməsini tələb edib.

Türkiyə prezidentinin çıxışından video-görüntünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər