22 Noyabr 2018 07:05
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tanınmış avtomobil brendi olan “Chrysler” Çin bazarından 50 mindən çox avtomobili geri çağırır.

Teleqraf.com xəbər verir ki, buna səbəb avtomobillərin güc-kontrol modulundakı qüsurlardır.
Geri çağırılan nəqliyyat vasitələri 2012-2018-ci illərdə Çinə ixrac edilən 52 min 980 ədəd “Grand Cherokee” və 947 ədəd “Grand Voyager” avtomobilləridir. Bundan başqa, 35 “Wrangler” modeli də geri çağırılacaq.

Mütəxəssislər hesab edirlər ki, qeyd olunan qüsurlar avtomobilin anidən sürətlənməsinə və nəticədə qəzaya səbəb ola bilər. Qüsurlu hissələr şirkətin Çindəki törəmə müəssisəsinin hesabına aradan qaldırılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər