23 Noyabr 2018 08:16
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs edilmiş güney azərbaycanlı fəal Həkimə Əhmədinin həyat yoldaşı, milli-mədəni fəal Məhəmmədrza Qurbani İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən döyülüb.

Teleqraf.com xəbər verir ki, o bu barədə video-görüntü yayaraq, ağır bədən xəsarətləri aldığını bildirib:

“Günorta saatlarında Mərəndin ETTELAAT şöbəsindən mənə zəng edərək idarəyə müraciət etməyimi istədilər. Evdən küçəyə çıxdıqdan sonra bir avtomobilin dayandığını gördüm. Avtomobildən düşən bir nəfər yaxınlaşaraq məndən kimliyimi soruşdu. Bundan sonra o mənim başıma zərbələr endirməyə başladı, zərbədən başım yarıldı. Məmurlar məni döydülər, bir neçə dəqiqə sonra yoldan keçənlərdən biri məni onların əllərindən aldı”.

Fəalın sözlərinə görə, hadisədə onun təkcə başı yarılmayıb, sağ əli də qırılıb və ayaqlarından xəsarət alıb. O hazırda yeriməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, Məhəmmədrza Qurbaninin həyat yoldaşı xanım Həkimə Əhmədi noyabrın 9-da qanunsuz saxlanmasına etiraz olaraq aclıq aksiyası keçirir.

Fəalığın yayımladığı video-görüntünü təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər