İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Hərbi Hava və Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə ABŞ-ın Əfqanıstan, BƏƏ və Qətərdəki bazalarının, eyni zamanda Körfəzdəki döyüş gəmilərinin raketlərinin hədəfində olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, general təhdid olacağı halda, hədəflərin dərhal vurulacağını bildirib.
Əmirəli Hacızadə ABŞ-ın hərbi obyektlərini hədəf alan raketlərin atış məsafəsinin 700 km olduğunu da vurğulayıb.